Bank Of Baku

Gürcüstan Milli Təhlükəsizlik Şurası Rusiya ilə sərhədlərin açılması məsələsini müzakirə edəcək

Gürcüstan Milli Təhlükəsizlik Şurası Rusiya ilə sərhədlərin açılması məsələsini müzakirə edəcək
# 13 noyabr 2009 07:05 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanın Milli Təhlükəsizlik Şurasının iclası keçiriləcək. APA-nın məlumatına görə, Şuranın iclasında Lars sərhəd-buraxılış məntəqəsinin açılması məsələsinə baxılacaq. Mövzu ilə əlaqədar xarici işlər naziri Qriqol Vaşadze fikirlərini açıqlayacaq. Daxili işlər naziri Vano Merabişvili işğal edilmiş ərazilərdə vəziyyət barədə şura üzvlərinə məlumat verəcək. İclasda bir neçə gün bundan əvvəl gürcü gənclərinin Sxinvalidə saxlanılması məsələsinə də baxılacağı gözlənilir.

Milli Təhlükəsizlik Şurasının iclasında parlamentdə təmsil olunmayan müxalifətçilərdən Zurab Tkmeladze, Akaki Asatiani, parlamentdə təmsil olunan müxalifətçilərdən Xristian-Demokrat fraksiyasının üzvləri Giya Tortladze, Baçuki Kardava və Condi Baqaturiyanın da iştirakı barədə razılıq əldə edilib.

Qeyd edək ki, bir neçə gün bundan əvvəl xarici işlər naziri Qriqol Vaşadze APA-nın Gürcüstan bürosuna açıqlamasında Rusiya-Gürcüstan sərhədində yerləşən Lars sərhəd-buraxılış məntəqəsinin açılması üçün rəsmi Tiflisə təklif göndərdiyini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR