Bank Of Baku

Tiflisdə GUAM ölkələri daxili işlər nazirləri müavinlərinin iştirak etdiyi görüş başa çatıb

Tiflisdə GUAM ölkələri daxili işlər nazirləri müavinlərinin iştirak etdiyi görüş başa çatıb
# 13 noyabr 2009 07:08 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Tiflisdə Guam ölkələrinin daxili işlər nazirləri müavinlərinin və xüsusi xidmət orqanları rəhbərlərinin müavinlərinin görüşü başa çatıb. APA-nın məlumatına görə, iki gün davam edən görüşdə tərəflər mütəşəkkil cinayətkarlığa, terrorçuluğa, narkotikə qarşı birlikdə mübarizə məsələlərini müzakirə ediblər. İclasda 2009-cu ildə görülən işlərin nəticələri barədə hesabatlar dinlənilib və yekun vurulub. Tədbirdə hüquq-mühafizə strukturlarının işini gücləndirməkdən ötrü “2010-cu il üçün fəaliyyət planı” təsdiqlənib. Eyni zamanda iki günlük tədbirdə tərəflər informasiya mübadiləsi və analiz barədə fikir mübadiləsi aparıblar. Toplantıda Azərbaycanı daxili işlər nazirinin müavini Vilayət Eyvazov təmsil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR