Bank Of Baku

Yuliya Timoşenko Krım tatarlarının lideri Mustafa Cəmiloğlu ilə görüşüb

Yuliya Timoşenko Krım tatarlarının lideri Mustafa Cəmiloğlu ilə görüşüb
# 13 noyabr 2009 08:55 (UTC +04:00)
Bakı – APA. Krım tatarlarının qurultayında Ukrayna prezidentliyinə namizədlərdən hansına dəstək veriləcəyi müəyyənləşdiriləcək. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, bunu Krım Tatar Məclisinin sədri, Ali Radanın üzvü Mustafa Cəmiloğlu baş nazir Yuliya Timoşenko ilə görüşündə deyib. O, dekabrın 5-6-da Krım tatar xalqının ümummilli qurultayının növbəti sessiyasının keçiriləcəyini və nümayəndələrin qarşıdakı prezidenti seçkilərini də müzakirə edəcəyini söyləyib. M. Cəmiloğlu namizədlərin ünvanına Krım tatarlarını ən çox narahat edən problemlərlə bağlı suallar göndəriləcəyini də açıqlayıb. O bildirib ki, seçkilərin ilk turunda Krım tatarlarının milli-demokratik qüvvələrin bir neçə namizədini dəstəkləməsi də mümkündür. İkinci turda isə artıq konkret namizədə səs vermək barədə çağırış edilə bilər. Y. Timoşenko da qeyd edib ki, bu cür taktika yəqin ki, Krım tatarlarının maraqlarına daha çox cavab verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR