Bank Of Baku

Viktor Yuşşenko: “Timoşenko və Yanukoviç vətənpərvərlik, ideologiya və mənəviyyatdan uzaq adamlardır”

Viktor Yuşşenko: “Timoşenko və Yanukoviç vətənpərvərlik, ideologiya və mənəviyyatdan uzaq adamlardır”
# 13 noyabr 2009 09:08 (UTC +04:00)
Bakı – APA. Ukrayna prezidenti Viktor Yuşşenko rəqibləri Yuliya Timoşenko və Viktor Yanukoviçi sərt ifadələrlə tənqid edib. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, V. Yuşşenko Poltava vilayətinin Kremençuq şəhərində seçicilərlə görüşündə bildirib ki, Y. Timoşenko və V. Yanukoviç vətənpərvərlik, ideologiya və mənəviyyatdan uzaq adamlardır: “Mən bu adamlarda sizin hər birinizdə, hər bir normal vətəndaşda olan ideologiya, vətənpərvərlik və ləyaqət hissini görmürəm”.

Dövlət başçısı öz seçki kampaniyasını konkret kiməsə qarşı təbliğat üzərində qurmadığını deyərək vətəndaşlara öz seçimlərinə görə məsuliyyət daşıdıqlarını xatırlatmaq istədiyini vurğulayıb. Onun fikrincə, şəxsiyyətlər ətrafında deyil, dəyərlər sistemi ətrafında diskussiya aparmaq lazımdır: “Dəyərlərə səs verilməlidir. Əgər bu dəyərlər eynidirsə, deməli, biz vahid komandayıq”.

V. Yuşşenko dünyanın ən yaxşı bankirlərindən biri olduğunu və istənilən iqtisadi problemin öhdəsindən asanlıqla gələ biləcəyini də bildirib: “Mən iqtisadçı, maliyyəçiyəm. Hesab edirəm ki, dünyanın ən yaxşı beş bankirindən biriyəm”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR