Bank Of Baku

Gürcüstanda əhalisinin siyahıyaalınması prosesi iki il təxirə salınıb

Gürcüstanda əhalisinin siyahıyaalınması prosesi iki il təxirə salınıb
# 13 noyabr 2009 12:36 (UTC +04:00)
Tiflis-APA. Gələn ilin yanvarında Gürcüstanda keçirilməsi nəzərdə tutulan əhalinin ümumi siyahıyaalınması prosesi iki il təxirə salınıb. APA-nın “PRAYM-TASS”a istinadən yaydığı məlumata görə, Gürcüstan Dövlət Statistika Departamentindən bildiriblər ki, tədbirin təxirə salınmasına səbəb maliyyə çətinlikləri ilə bağlıdır. İlkin hesablamalara görə, əhalinin siyahıya alınması üçün 4,2 milyon dollar vəsait tələb olunur, lakin maliyyə böhranı ilə əlaqədar bu proses 2012-ci ilin əvvəllərinə kimi təxirə salınıb.

Bu, müstəqil Gürcüstanın tarixində sayca ikinci siyahıyaalma olacaq. İlk siyahıyaalma prosesi 2002-ci ilin yanvarında keçirilib. Statistik məlumatlara əsasən, 2002-ci ilin yanvarında Gürcüstan əhalisinin sayı 4.357.000 nəfər olub. Əhalinin 84 faizini gürcülər, 6,5 faizini azərbaycanlılar, 5,7 faizini ermənilər, 1,7 faizini ruslar təşkil edir. SSRİ dövründə 1989-cu ildə keçirilən son siyahıyaalmaya görə, Gürcüstan əhalisinin sayı 5,5 milyon nəfər olub. 2009-cu ilin yanvar ayının məlumatına görə, ölkə əhalisinin sayı 4.385.000 nəfərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR