Bank Of Baku

Gürcüstan Milli Təhlükəsizlik Şurasının iclasında Rusiya ilə sərhədlərin açılması barədə qərar qəbul edilməyib

Gürcüstan Milli Təhlükəsizlik Şurasının iclasında Rusiya ilə sərhədlərin açılması barədə qərar qəbul edilməyib
# 14 noyabr 2009 07:26 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Dünən Gürcüstan prezidentinin Avlabar iqamətgahında bu ölkənin Milli Təhlükəsizlik Şurasının (MTŞ) geniş iclası başa çatıb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdən sonra MTŞ-nin katibi Eka Tkeşelaşvili bəyanat verib. O bildirib ki, DİN şuranın iclasına Gürcüstanla Rusiya arasındakı sərhəd-buraxılış məntəqəsinin açılması ilə əlaqədar kiçik detallara qədər informasiya təqdim edib: “Hələlik heç bir qərar qəbul edilməyib. Danışıqlar davam edir”.

Onun sözlərinə görə, danışıqlar prosesində Gürcüstanın iqtisadi cəhətdən maraqları da müdafiə olunmalı, eyni zamanda qonşu Ermənistanın da maraqları nəzərə alınmalıdır: “Əgər danışıqlar müsbət nəticə verərsə, bu, ölkələrə yalnız uğur gətirə bilər, heç bir təhlükə törənməz”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR