Bank Of Baku

Daxili işlər nazirinin keçmiş müavini arvadı ilə birlikdə qətlə yetirilib

Daxili işlər nazirinin keçmiş müavini arvadı ilə birlikdə qətlə yetirilib
# 14 noyabr 2009 07:37 (UTC +04:00)
Bakı – APA. Gürcüstanda daxili işlər nazirinin keçmiş müavini Tamaz Ninua və həyat yoldaşı qətlə yetirilib. APA-nın “Rustavi-2” telekanalına istinadən verdiyi məlumata görə, onların meyiti mənzillərində tapılıb.

Keçmiş nazir müavinin və arvadının hansı şəraitdə və kim tərəfindən öldürüldüyü hələlik məlum deyil. Polis cinayətlə bağlı hər hansı versiya da irəli sürməyib.

Qeyd edək ki, T. Ninua 1990-cı ilin əvvəllərində daxili işlər nazirinin müavini olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR