Bank Of Baku

Tiflisdə müxalifət liderləri ilə Avropa səfirlərinin görüşü keçirilib

Tiflisdə müxalifət liderləri ilə Avropa səfirlərinin görüşü keçirilib
# 14 noyabr 2009 07:55 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Dünən Tiflisin “Radisson” mehmanxanasında parlamentdən kənar müxalifət təmsilçiləri ilə Avropa səfirlərinin görüşü keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə müxalifət partiyaları liderləri və Avropa səfirləri arasında baş tutan görüşdə “Rusiya-Gürcüstan əlaqələri arasındakı problemlər barədə” mövzu ətrafında söhbətlər aparılıb. Tədbirdə Sozar Subari, Kaxa Kukava, Levan Qaçeçiladze və digər müxalifət nümayəndələrinin təklifləri dinlənilib. Kaxa Kukava siyasi məhbuslar üzrə məruzəçi təyin etmək barədə təklif irəli sürüb. Tədbirdə ən diqqətçəkən əsas mövzulardan biri Rusiya-Gürcüstan münasibətlərinin hazırkı durumu olub.

Gürcüstanın keçmiş Ombudsmanı, indi “Gürcüstan naminə Alyans”ın həmsədri Sozar Subarinin dediyinə görə, müxalifət nümayəndələri səfirlərdən xahiş ediblər ki, Gürcüstanın müasir durumu barədə öz ölkələrinin vətəndaşlarını məlumatlandırsınlar.

Tədbirdən sonra jurnalistlərə açıqlama verən Levan Qaçeçiladze bildirib ki, görüşdə hüquq və insan azadlıqları problemlərindən danışıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR