Bank Of Baku

Ukraynada qrip və kəskin respirator xəstəliklər nəticəsində ölənlərin sayı 300-ə çatır

Ukraynada qrip və kəskin respirator xəstəliklər nəticəsində ölənlərin sayı 300-ə çatır
# 16 noyabr 2009 10:29 (UTC +04:00)
Bakı – APA. Ukraynada qrip epidemiyası və kəskin respirator xəstəliklər nəticəsində 299 nəfər ölüb. APA-nın “Ukrainskaya pravda” portalına istinadən verdiyi məlumata görə, Səhiyyə Nazirliyi son 1 sutka ərzində ölkədə biri hamilə qadın olan 17 nəfərin dünyasını dəyişdiyini açıqlayıb.

Ümumilikdə Ukraynada qrip və kəskin respirator xəstəliklərə 1 milyon 364 min 939 nəfər yoluxub. Epidemiya başladıqdan bəri 75 min 862 nəfər xəstəxanalara yerləşdirilib. İndiyədək 40 min 490 nəfər xəstəxanalardan evə buraxılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR