Bank Of Baku

Serqey Lavrov: “Xəzərin hüquqi statusunun nizamlanması prosesində böhran yaranmayıb”

Serqey Lavrov: “Xəzərin hüquqi statusunun nizamlanması prosesində böhran yaranmayıb”
# 17 noyabr 2009 11:40 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. “Xəzərin hüquqi statusunun nizamlanması prosesində böhran yarandığını görmürük”. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov qazaxıstanlı həmkarı Kanat Saudabayevlə keçirdiyi brifinqdə deyib. O bildirib ki, statusla bağlı məsələlər sadə deyil, proses irəliləyir.
K. Saudabayev isə Xəzərin statusu məsələsində Qazaxıstan və Rusiyanın lokomotiv funksiyası həyata keçirdiyini söyləyib: “Təəssüf ki, bu məsələnin həlli təkcə bizim ölkələrdən deyil, daha 3 ölkədən asılıdır. Lakin Rusiya və Qazaxıstan anlaşmaya hazır olduqlarını nümayiş etdiriblər”. Nazir bəyan edib ki, Xəzər qarşılıqlı maraqların nəzərə alındığı dostluq dənizi olmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR