Bank Of Baku

Ermənistanın baş naziri hakim partiyaya üzv olub

Ermənistanın baş naziri hakim partiyaya üzv olub
# 17 noyabr 2009 19:28 (UTC +04:00)
Bakı – APA. Ermənistanın baş naziri Tiqran Sarkisyan hakim Respublika Partiyasına üzv olub.
APA-nın “Novosti Armeniya”ya istinadən xəbərinə görə, baş nazirin üzvlük barədə müraciətinə partiya İcraiyyə Komitəsinin noyabrın 16-da keçirilən iclasında baxılıb və müsbət cavablandırılıb.
Qeyd edək ki, Ermənistan Respublika Partiyası 1990-cı illərin əvvəlində yaradılıb. 2007-ci ildə partiyaya o zamanki baş nazir, indiki prezident Serj Sarkisyan sədr seçilib. Hökumət nazirlərinin böyük əksəriyyəti və parlamentin spikeri Ovik Abramyan da Respublika Partiyasını təmsil edir.
Respublika Partiyası ölkə parlamentində “Çiçəklənən Ermənistan” və “Qanunçuluq ölkəsi” partiyaları ilə koalisiya təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR