Bank Of Baku

Rusiya Konstitusiya Məhkəməsi ölkədə ölüm hökmünə qoyulmuş moratoriumun müddətini uzadıb

Rusiya Konstitusiya Məhkəməsi ölkədə ölüm hökmünə qoyulmuş moratoriumun müddətini uzadıb
# 19 noyabr 2009 10:49 (UTC +04:00)
Moskva-APA. Rusiya Konstitusiya Məhkəməsi ölkədə ölüm hökmünə qoyulmuş moratoriumun müddətini uzadıb. APA-nın məlumatına görə, Rusiyada ölüm hökmünə qoyulan moratoriumun müddəti 2010-cu il yanvarın 1-də başa çatır. Bu moratorium ölkənin bütün subyektlərində andlılar məhkəməsi fəaliyyətə göndərilənə qədər qüvvədə olub. Bu ilin əvvəllərində Rusiyanın son subyektində - Çeçenistan Respublikasında andlılar məhkəməsi institutu təsis olunub və bundan sonra ölüm hökmünə qoyulan moratorium formal olaraq qüvvədən düşüb. Oktyabrın sonlarında Rusiya Ali Məhkəməsi ölkənin Konstitusiya Məhkəməsinə müraciət edərək ölkədə ölüm hökmünü tətbiqi ilə bağlı məsələyə aydınlıq gətirilməsini istəyib. Yanvarın 9-da Rusiya prezidentinin Konstitusiya Məhkəməsindəki nümayəndəsi Mixail Krotov bildirib ki, dövlət başçısı ölkədə ölüm hökmünün mərhələli şəkildə ləğvinə tərəfdardır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR