Bank Of Baku

Yeni tikilən binada lift 24-cü mərtəbədən yerə çırpılıb

Yeni tikilən binada lift 24-cü mərtəbədən yerə çırpılıb
# 19 noyabr 2009 15:03 (UTC +04:00)
Bakı – APA. Moskvada yeni tikilən binada faciə ilə nəticələnən qəza baş verib. APA-nın “Pravda.ru”-ya istinadən verdiyi məlumata görə, Şelkovsk şossesində yeni inşa olunan binada trosu qırılan lift 24-cü mərtəbədən yerə çırpılıb. Qəza zamanı liftin şaxtasında fəhlə olub. Liftin üzərinə düşməsi nəticəsində fəhlə yerindəcə keçinib. Xilasedicilər onun meyitini şaxtadan çətinliklə çıxarıblar.

Hadisə yerinə gələn müstəntiqlər qəzanın səbəblərini araşdırılar. Ölən şəxsin kimliyi hələlik müəyyənləşməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR