Bank Of Baku

Moskvadakı kilsələrdən birinin baş keşişi öldürülüb

Moskvadakı kilsələrdən birinin baş keşişi öldürülüb
# 20 noyabr 2009 09:40 (UTC +04:00)
Bakı – APA. Moskvanın cənubundakı müqəddəs Foma kilsəsinin baş keşişi Daniil Sısoyev öldürülüb. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, noyabrın 19-da yerli vaxtla saat 22.40-da kilsəyə girən maskalı şəxs səsboğucusu olan tapança ilə D. Sısoyevə atəş açıb. Başından və sinəsindən yaralanan din adamı xəstəxanaya aparılarkən yolda keçinib. Yaralanan kilsənin xor rəhbəri Vladimir Strelbitski isə əməliyyat olunub. Onun vəziyyəti stabildir. Fakt üzrə Rusiya Cinayət Məcəlləsinin 3 maddəsi (qətl, ölümə sui-qəsd və qanunsuz silah dövriyyəsi) ilə cinayət işi qaldırılıb. Qətlin dini zəmində bir qafqazlı tərəfindən törədildiyi güman edilir.

Moskva şəhər Daxili İşlər İdarəsinin rəisi Vladimir Kolokoltsev və Rusiya Prokurorluğu yanında İstintaq Komitəsinin rəhbərliyi qətlin təhqiqatını nəzarətə götürüblər. V. Kolokoltsev hadisə yerində olub və müstəntiqlərə müvafiq göstərişlər verib. Rusiya Daxili İşlər Nazirliyinin nümayəndəsi Valeri Qribakin isə təhqiqata yüksək səviyyəli peşəkarların cəlb edildiyini açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR