Bank Of Baku

Astanada IV Qazaxıstan Vətəndaş forumu keçiriləcək

Astanada IV Qazaxıstan Vətəndaş forumu keçiriləcək
# 20 noyabr 2009 13:44 (UTC +04:00)
Astana. Ləman Ağayeva - APA. Noyabrın 23-24-də Astanada IV Qazaxıstan Vətəndaş forumu keçiriləcək. APA-nın Qazaxıstan və Mərkəzi Asiya üzrə müxbirinin məlumatına görə, 2003-cü ildən başlayaraq iki ildən bir keçirilən bu forum qeyri-hökumət təşkilatları və dövlət orqanları arasında dialoq xarakteri daşıyır. Bu il təşkil olunan IV vətəndaş forumu həm də Qazaxıstanın ATƏT-də sədrliyi təhvil alması ərəfəsində keçirilən tədbirlər sırasındadır.

Forumda 700 nəfərin iştirakı nəzərdə tutulub. Onların arasında Azərbaycan, Rumıniya, Hindistan, Bolqarıstan və Çindən olan QHT nümayəndələri də var. Azərbaycanı QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev və Milli QHT Forumunun prezidenti Rauf Zeyni təmsil edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR