Bank Of Baku

Viktor Yuşşenko Yuliya Timoşenkonu dövlətə və xalqa qarşı cinayətdə ittiham edib

Viktor Yuşşenko Yuliya Timoşenkonu dövlətə və xalqa qarşı cinayətdə ittiham edib
# 20 noyabr 2009 15:45 (UTC +04:00)
Bakı – APA. “Milli Təhlükəsizlik və Müdafiə Şurası öz gücü ilə ordunun maliyyələşdirilməsi məsələsinin parlamentdə müzakirəsinə nail olmalıdır”. APA-nın “Ukrainskaya pravda” portalına istinadən verdiyi xəbərə görə, bunu Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasını açan Ukrayna prezidenti Viktor Yuşşenko deyib. O bildirib ki, bugünə olan məlumata əsasən hökumət ordunu Ümumi Daxili Məhsulun 0,75%-i miqdarında maliyyələşdirib: “Ekspertlər bildirir ki, ÜDM-nin 1 faizindən aşağı səviyyədə maliyyələşdirmə nəticəsində Silahlı Qüvvələrdə dönməz mənfi proseslər baş qaldıra bilər. Faktiki olaraq Ukrayna ordusunun deqradasiyası prosesi başlayıb”.

V. Yuşşenko baş nazir Yuliya Timoşenkonun orduya münasibətini dövlətə və xalqa qarşı cinayət kimi qiymətləndirib: “Hesab edirəm ki, Milli Təhlükəsizlik və Müdafiə Şurası məsələyə müdaxilə etməli və ən əvvəl ərzaq ehtiyatlarının artırılması, aviasiya yanacağı ilə təminat və ordunun tələb etdiyi daha 3-4 sahənin təxirəsalınmaz maliyyələşdirilməsini təmin etmək məqsədilə parlament qarşısında təşəbbüs qaldırmalıdır”.

V. Yuşşenko bildirib ki, cari ilin 9 ayı ərzində maaş azlığı ucbatından müqavilə əsasında çalışan 2 min hərbçi və 200 pilot ordudan gedib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR