Bank Of Baku

Moskvada yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 3-ə çatıb

Moskvada yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 3-ə çatıb
# 21 noyabr 2009 07:27 (UTC +04:00)
Moskva-APA. Moskvada yaşayış binasında baş verən partlayış nəticəsində ölənlərin sayı 3-ə çatıb. APA-nın məlumatına görə, partlayış nəticəsində binanın bir blokundakı mənzillər dağılıb. Ümumilikdə hadisə nəticəsində 14 nəfər xəsarət alıb, onlardan dördü azyaşlı uşaqdır. Partlayışdan sonra yanğın baş versə də, xilasedicilərin müdaxiləsi nəticəsində alovu qısa müddətdə söndürmək mümkün olub. Hakimiyyət orqanları terror versiyasını istisna edirlər. İlkin məlumata görə, partlayış zirzəmidə saxlanan qaz balonunun alışması səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR