Bank Of Baku

Gürcüstan parlamenti narkomanlara amnistiya elan edib

Gürcüstan parlamenti narkomanlara amnistiya elan edib
# 21 noyabr 2009 07:45 (UTC +04:00)
Tiflis-APA. Gürcüstan parlamenti narkotik maddələrlə bağlı cinayətlərə görə məhkum edilmiş bütün dustaqlara amnistiya elan edib. APA-nın məlumatına görə, amnistiya aktına əsasən bu cür cinayətlərə görə azadlıqdan məhrum edilmiş şəxslərin cəza müddəti iki dəfə azaldılacaq. Ekspertlərin hesablamalarına görə, amnistiya aktı təqribən 1500 nəfərə şamil olunacaq. Onlardan yalnız 900 nəfəri azadlığa buraxılacaq. Parlamenti spikeri David Bakradze bildirib ki, narkotik maddələrlə bağlı cinayət törədərək özlərinə və ailələrinə problemlər yaradan şəxsləri yenidən cəmiyyətə qazandırmaq vacibdir. Gürcüstan Cinayət Məcəlləsinin 273-cü maddəsinə əsasən narkotik maddələrin qanunsuz hazırlanması, əldə edilməsi, saxlanması və kiçik miqdarda istifadəsinə görə 120-180 saat ictimai işlərə cəlb olunma və yaxud bir il müddətinə azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR