Bank Of Baku

Bu gün Gürcüstanda “məxməri inqilab”ın 6-cı ildönümüdür

Bu gün Gürcüstanda “məxməri inqilab”ın 6-cı ildönümüdür
# 23 noyabr 2009 07:41 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstanda baş verəm “məxməri inqilab”ın 6-cı ildönümüdür. APA-nın Gürcüstan bürosunun məlumatına görə, 23 noyabr tarixi həm də ölkədə “Giorqoba” bayramı olduğuna görə, rəsmi iş günü deyil. Gürcüstan prezidenti “məxməri inqilab”ın 6 illik yubileyi ilə əlaqədar iki körpünün açılış mərasimində edəcək. Bu gün Lexura çayının üstündən salınmış körpünün və İqoeti körpüsünün açılışı planlaşdırılıb. Prezident Qori şəhərinin yaxınlığında Tiflis-Senaki-Leselidze avtomagistralının yeni salınmış 25 km hissəsinin açılış mərasimində iştirak edəcək. Bu gün prezidentin Milli Kitabxanaya da baş çəkməsi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR