Bank Of Baku

Ermənistan Konstitusiya Məhkəməsində Türkiyə ilə imzalanmış protokollara ilkin baxış keçirilir

Ermənistan Konstitusiya Məhkəməsində Türkiyə ilə imzalanmış protokollara ilkin baxış keçirilir
# 24 noyabr 2009 10:38 (UTC +04:00)
Bakı – APA. Ermənistan Konstitusiya Məhkəməsində Türkiyə ilə imzalanmış protokollara ilkin baxış keçirilir. APA-nın “Armenia today” portalına istinadən verdiyi xəbərə görə, ilkin baxış zamanı işin araşdırılmasına əsas olub-olmadığı müəyyənləşməlidir.

İş üzrə məruzəçi təyin olunmuş hakim Vladimir Ovannisyan 15 gün ərzində rəyini Konstitusiya Məhkəməsinin sədrinə təqdim etməlidir. Bundan sonra sədr 10 gün ərzində məhkəmənin iclasını çağırmalı, bu iclasda işin icraata qəbul edilməsinə dair qərar verilməli və məhkəmə baxışının vaxtı təyin edilməlidir. KM uzağı 3 ay müddətində protokolların Konstitusiyaya uyğun olub-olmadığı ilə bağlı yekun rəyini açıqlamalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR