Bank Of Baku

Tiflisdə bir məktəbli A/H1N1 virusuna yoluxub

Tiflisdə bir məktəbli A/H1N1 virusuna yoluxub
# 24 noyabr 2009 11:31 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanın paytaxtı Tiflis şəhərindəki 161 saylı orta məktəbdə A/H1N1 virusu aşkarlanıb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, virusa IV sinif şagirdi yoluxub. Buna baxmayaraq, məktəbdə dərslər dayandırılmayıb. Məktəb direktoru Mixail Mindadze bildirib ki, yoluxma faktı noyabrın 20-də - cümə günü qeydə alınıb və istirahət günləri məktəbdə virus əleyhinə profilaktik tədbirlər görülüb. Hazırda dərs prosesi əvvəlki qaydada davam edir. Direktor virusa yoluxmuş şagirdin özünü normal hiss etdiyini söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR