Bank Of Baku

Ermənistanda Gürcüstan əleyhinə aksiya keçirilib

Ermənistanda Gürcüstan əleyhinə aksiya keçirilib
# 24 noyabr 2009 14:00 (UTC +04:00)
İrəvan-APA. İrəvanda erməni millətçi gənclər təşkilatlarının üzvləri Gürcüstanda erməni kilsə və monastırlarının qorunmasına laqeyd münasibət bəsləndiyi iddiaları ilə aksiya keçiriblər. APA-nın məlumatına görə, aksiya iştirakçıları Tiflisdə 1356-cı ildə tikilmiş Surb Qevorq erməni kilsəsinin baxımsızlıq ucbatından uçulub-dağıldığını bildiriblər. Aksiyada “Laqeydliyə son qoyulsun!”, “Bizim kilsələri qaytarın!”, “Gürcülər, siz xirstiansınız” şüarları səsləndirilib. Aksiya Gürcüstanın Ermənistandakı səfirliyinin qarşısında başa çatıb. Aksiyanın yekun bəyannaməsi səfirliyin əməkdaşlarına təqdim olunub. Analoji aksiyanın BMT-nin İrəvandakı ofisi qarşısında keçirilməsi nəzərdə tutulsa da, meriya bu aksiyaya icazə verməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR