Bank Of Baku

Moskvada Doku Umarovun silahlı dəstəsinin üzvü yaxalanıb

Moskvada Doku Umarovun silahlı dəstəsinin üzvü yaxalanıb
# 25 noyabr 2009 09:11 (UTC +04:00)
Bakı – APA. Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları Moskvada Doku Umarovun silahlı dəstəsinin üzvü olmuş Ruslan Ozniyev adlı şəxsi yaxalayıblar. APA-nın “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, R. Ozniyevin üzərindən tapança, trotil və Moskvanın işarələnmiş xəritəsi tapılıb. Xüsusi xidmət orqanlarından bildiriblər ki, bu yaxınlarda Fransadan qayıtmış R. Ozniyev qanunsuz silahlı dəstələrin başçılarından partlayıcı maddə və silah götürərək terror aksiyası üçün təlimat gözləyirmiş. 26 yaşlı İnquşetiya sakini Rusiya Xalqlar Dostluğu Universitetinin yataqxanasının yaxınlığında həbs edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR