Bank Of Baku

Gürcüstan parlamentinin qarşısında sükut etiraz aksiyası keçirilib

Gürcüstan parlamentinin qarşısında sükut etiraz aksiyası keçirilib
# 25 noyabr 2009 15:40 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan parlamentinin qarşısında sükut aksiyası keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, aksiyada “7 noyabr hərəkatı”nın üç fəalının haqsız yerə saxlanılması qərarına etiraz edilib. İştirakçılar sərbəst toplaşma və söz azadlığı hüququnun pozulması hallarına da etiraz olaraq sükut keçiriblər. Etiraz aksiyasında “Cənubi Qafqaz hüquq müdafiəçiləri” şəbəkəsinin Azərbaycandan və Ermənistandan olan nümayəndələri, eyni zamanda İsveçdən olan hüquq müdafiəçisi Anna Bond iştirak edib. Aksiyada Gənc Hüquqşünaslar Assosiyasının nümayəndəsi Georgi Çxeidze, Hüquq müdafiəçisi Nana Kakabadze, Zakariya Kutenaşvili, eyni zamanda noyabrın 23-də hüquq-mühafizə orqanları tərəfindən saxlanılan Daçi Tsaquriya və Caba Cişkariani də iştirak ediblər. Sükut aksiyasının iştirakçıları onların saxlanılmasına hüquq-mqhafizə orqanlarının ixtiyarı olmadıqlarını qeyd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR