Bank Of Baku

Dağıstan Xüsusi Çevik Reaksiya Dəstəsinin komandiri öldürülüb

Dağıstan Xüsusi Çevik Reaksiya Dəstəsinin komandiri öldürülüb
# 26 noyabr 2009 08:50 (UTC +04:00)
Bakı – APA. Dağıstanda yerli Xüsusi Çevik Reaksiya Dəstəsinin (SOBR) komandiri, podpolkovnik Şapi Əlihacıyev öldürülüb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, milis zabiti Mahaçqala ətrafında 2 naməlum şəxsin hücumuna məruz qalıb. Podpolkovnik yaşadığı yataqxanadan çıxarkən atəşə tutulub. Sinəsindən güllə yarası alan Ş. Əlihacıyev xəstəxanaya aparılarkən yolda keçinib. Sui-qəsdçilərdən giri podpolkovniki müşayiət edən milis işçisi tərəfindən öldürülüb. Digər sui-qəsdçi isə qaça bilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR