Bank Of Baku

Zurab Noqaydeli: Cənubi Qafqazda regional təhlükəsizlik arxitekturası yenidən qurulmalıdır” - EKSKLÜZİV

Zurab Noqaydeli: Cənubi Qafqazda regional təhlükəsizlik arxitekturası yenidən qurulmalıdır” - <font color=red>EKSKLÜZİV</font>
# 26 noyabr 2009 11:07 (UTC +04:00)
- Azərbaycanla Gürcüstan arasında ənənəvi olaraq dostluq, dinc qonşuluq münasibətləri olub və bu münasibətlər indi də inkişaf edir. İki ölkə arasında münasibətlərin mövcud durumunu necə dəyərləndirirsiniz?

- Azərbaycan-Gürcüstan münasibətləri şübhəsiz ki, daha da yaxşılaşacaq və möhkəmlənəcək. Təəssüf ki, ilk baxışdan xeyirxah, pozitiv münasibətlər görünütüsü bağışlamasına rəğmən, əslində bu münasibətlərdə çoxsaylı problemlər mövcuddur. Sabah isə ölkələrimiz arasında real strateji münasibətlər formalaşacaq. Müasir Azərbaycan-Gürcüstan münasibətlərində mövcud olan problemlərdən danışarkən mən Mixail Saakaşvilinin ötən il Gürcüstanı münaqişəyə sürüklədiyini və bununla da regional təhlükəsizlik arxitekturasını dağıtdığını nəzərdə tuturam. Bu arxitekturanı yenidən qurmaq lazımdır.

- İki ölkənin münasibətlərində mövcud olan problemlərə Gürcüstanda yaşayan azərbaycanlıların problemləri də daxildir?

- Gürcüstanda yaşayan azərbaycanlılar digər xalqlar kimi problemlərimizi də, uğurlarımızı da bölüşür. Mən problemlərdən danışarkən onu nəzərdə tuturam ki, ötən ilin avqustunda baş verən hadisələrdən sonra regional təhlükəsizlik darmadağın olub və onu yenidən qurmaq lazımdır. Gürcüstan-Azərbaycan münasibətləri həmişə yaxşı səviyyədə olacaq. Biz hakimiyyətə gələndə də bu münasibətlər əla səviyyədə olacaq.

- Regional təhlükəsizlik arxitekturası təkcə ötən il baş verən müharibə nəticəsində deyil, bundan çox-çox əvvəl – Ermənistanın Azərbaycana qarşı bu gün də davam edən təcavüzü nəticəsində dağılıb...

- Sözsüz. Sizinlə razıyam. Qafqazın təhlükəsizlik arxitekturası barədə danışarkən mən hazırda bunun ideal vəziyyətdə olduğunu nəzərdə tutmurdum. Əlbəttə ki, təhlükəsizlik arxitekturası bir çox səbəblər, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində dağılıb. Cənubi Qafqazda həllini tapmayan çoxsaylı problemlər var. Hesab edirəm ki, bu problemlərin həlli ьзьn bьtьn səylərimizi gьcləndirməliyik. Bu problemlər kompleks həllini tapmadan bütün Cənubi Qafqazda şəffaf, stabil təhlükəsizlik arxitekturası qurmaq mümkün deyil. Bununla belə çox şadam ki, Ermənistanla Azərbaycan arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar davam edir. Təəssüf ki, nizamlanma prosesi çox ləng inkişaf edir, lakin qeyd etmək lazımdır ki, bu prosesdə ümidverici pozitiv siqnallar var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR