Bank Of Baku

Rusiyada sərnişin qatarında baş verən partlayış nəticəsində ən azı 25 nəfər ölüb, 93 nəfər yaralanıb

Rusiyada sərnişin qatarında baş verən partlayış nəticəsində ən azı 25 nəfər ölüb, 93 nəfər yaralanıb
# 28 noyabr 2009 07:24 (UTC +04:00)
Moskva-APA. Moskvada Sankt-Peterburqa doğru hərəkət edən “Nevskiy ekspress” qatarında partlayış baş verib.APA-nın məlumatına görə, qatarın son üç vaqonu relsdən çıxaraq aşıb. Vaqonlardan biri tamamilə dağılıb. Hadisə nəticəsində 25 nəfər ölüb, 19 nəfərin taleyi isə məlum deyil. Ümumilikdə xəstəxanalara 93 nəfər gətirilib, onlardan bəzilərinin vəziyyəti son dərəcə ağırdır. Səhiyyə və sosial inkişaf naziri Tatyana Qolikova darmadağın olmuş vaqonda ən azı yeddi nəfərin cəsədinin olduğu ehtimalını irəli sürüb. Ümumilikdə qatarda 682 nəfər olub, onlardan 661 nəfəri sərnişin, 21 nəfəri isə ekipaj üzvləridir. Faktla bağlı araşdırma aparılır. Hazırda həmin istiqamətdə 50-dən çox reysin fəaliyyəti dayandırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR