Bank Of Baku

David Darçiaşvili: “Hələlik çox az sayda Məhsəti türkü öz torpaqlarına qayıdıb”

David Darçiaşvili: “Hələlik çox az sayda Məhsəti türkü öz torpaqlarına qayıdıb”
# 28 noyabr 2009 08:03 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Son vaxtlar istər Azərbaycan, istər də Gürcüstan mətbuatında Məhsəti türklərinin öz tarixi vətənlərinə qaytarılması məsələsi gündəmdədir. Gürcüstan parlamentinin Avropaya inteqrasiya komitəsinin sədri David Darçiaşvili APA-ya açıqlamasında bildirib ki, repressiya olunmuş bu əhalini gah türklər, gah da Məhsəti türkləri adlandırırlar: “Gürcüstan 40-cı illərdə Sovet rejimi tərəfindən repressiya olunmuş bu əhalinin köçürülməsi barədə qərar qəbul edib. Onlar öz istəkləri ilə vətənlərinə köçürəcəklər. Lakin qeyd edim ki, onların köçürülməsi prosesi bir neçə dəfə uzadılıb. Bunu Gürcüstandan Avropa Şurası xahiş edib, biz də razılıq vermişik. Köçürülmə sənədlərinin, ərizələrin qəbulunun vaxtı da uzadılıb. Buna baxmayaraq, hələlik az sayda əhali öz vətənlərinə köçüblər. Bizdə olan məlumata görə, hazırda bir neçə min ərizə konsul xidmətləri tərəfindən qəbul edilib. Müraciət edən bəzi vətəndaşlar artıq Gürcüstan vətəndaşlığı da alıblar. Köçürülmə prosesi üçün əlavə vəsait ayrılıb. Biz siyasi cəhətdən öhdəmizə götürürük ki, bu insanlar öz vətənlərinə qayıtsınlar. Lakin onların yaşayış tərzinin yaxşılaşdırılması və sosial infrastrukturun yaradılması xarici donor təşkilatlarının işidir. Düşünürəm ki, bu infrastruktur məsələləri öz həllini tapacaq və Məhsəti türkləri öz vətənlərinə qayıdacaqlar”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR