Bank Of Baku

Moskva – Sankt-Peterburq qatarında ölənlərin sayı 39-a çatıb

Moskva – Sankt-Peterburq qatarında ölənlərin sayı 39-a çatıb
# 28 noyabr 2009 09:26 (UTC +04:00)
Bakı – APA. “Nevskiy ekspress” adlı Moskva – Sankt-Peterburq sürət qatarının relsdən çıxması nəticəsində ölənlərin sayı 39-a çatıb. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, faciənin nəticələrinin aradan qaldırılması üzrə operativ qərargahdan daha 14 nəfərin meyitinin aşkarlandığı açıqlanıb. Qərargah hələlik ölənlərin dəqiq sayını elan edə bilmir. Yaralıların sayı 100-ə yaxındır. Baş Prokurorluq isə 30 nəfərin öldüyünü bildirib.

Xatırladaq ki, noyabrın 27-də yerli vaxtla saat 21.30-da Moskvadan Sankt-Peterburqa gedən “Nevskiy ekspress” adlı sürət qatarının son 3 vaqonu Novqorod vilayətinin Boloqoye şəhəri yaxınlığında relsdən çıxıb. Ümumilikdə qatarda 13 vaqon və 661 sərnişin olub. Relsdən çıxan vaqonlardakı sərnişinlərin sayı 204-dür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR