Bank Of Baku

Rusiya Fövqəladə Hallar Nazirliyi yaralıların bir qisminin adlarını açıqlayıb

Rusiya Fövqəladə Hallar Nazirliyi yaralıların bir qisminin adlarını açıqlayıb
# 28 noyabr 2009 09:36 (UTC +04:00)
Bakı – APA. “Rossiyskiye jeleznıye doroqi” şirkəti relsdən çıxan “Nevskiy ekspress” qatarının bütün sərnişinlərinin siyahısını açıqlayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, qatara ümumilikdə 661 bilet satılıb. Bilet alanlar arasında azərbaycanlı soyadına bənzəyən Vahabov, Babayev, Səfərov, Qafurov, Rafiqov, İsayev, Qazıyeva, Ərəbova soyadlı şəxslər də var.

Rusiya Fövqəladə Hallar Nazirliyi isə Sankt-Peterburq və Novqorod şəhər xəstəxanalarına yerləşdirilmiş yaralıların siyahısını açıqlayıb. Ümumilikdə 44 nəfərdən ibarət olan bu siyahıda yuxarıda sadalanan soyadlı şəxslərdən heç biri yoxdur. Ümumilikdə yaralıların sayı 100-ə yaxındır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR