Bank Of Baku

“Nevskiy ekspress” qatarındakı qəza ilə bağlı əsas versiya terror aktıdır

“Nevskiy ekspress” qatarındakı qəza ilə bağlı əsas versiya terror aktıdır
# 28 noyabr 2009 09:48 (UTC +04:00)
Bakı – APA. Moskvadan Sankt-Peterburqa hərəkət edən “Nevskiy ekspress” qatarındakı qəza ilə bağlı Cinayət Məcəlləsinin 205-ci (terror aktı) və 222-ci (partlayıcı maddələrin qanunsuz dövriyyəsi) maddələri ilə cinayət işi açılıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Baş Prokurorluğun nümayəndəsi Marina Qridneva açıqlayıb. “Rossiyskiye jeleznıye doroqi” (RJD) Açıq Səhmdar Cəmiyyətinin prezidenti Vladimir Yakunin də bəyan edib ki, qəza partlayışdan qaynaqlana bilər: “Obyektiv məlumatlar var ki, bunlar müstəntiqlərə versiyalardan biri kimi partlayışı nəzərdən keçirməyə əsas verir”.

Baş prokuror Yuri Çayka istintaqa şəxsən nəzarət etmək üçün məzuniyyətini yarımçıq kəsərək işə qayıdıb. Onun tapşırığı ilə baş prokurorun xüsusilə ağır cinayətlər üzrə köməkçisi Viktor Qrin və Baş Prokurorluq yanında İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin hadisə yerinə yollanıblar.

Rusiya hökuməti qəzanın nəticələrinin aradan qaldırılması üzrə xüsusi komissiya yaradıb. Komissiyaya baş nazirin birinci müavini Viktor Zubkov başçılıq edir.

Ölənlərin yaxınları meyitlərin tanınması məqsədilə hadisə yerinə göndərilir.

Qeyd edək ki, maşinistlər və bələdçilərlə birlikdə qatarda 682 nəfər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR