Bank Of Baku

Rusiyada sərnişin qatarının partladılması nəticəsində yaralananlar arasında bir azərbaycanlı da var - YENİLƏNİB

Rusiyada sərnişin qatarının partladılması nəticəsində yaralananlar arasında bir azərbaycanlı da var - <font color=red>YENİLƏNİB</font>
# 28 noyabr 2009 10:51 (UTC +04:00)
Moskva. Roman Ağayev-APA. Moskvadan Sankt-Peterburq istiqamətində hərəkət edən “Nevskiy ekspress” qatarında baş vermiş qəza nəticəsində yaralananlar arasında bir azərbaycanlı da var. Bu barədə APA-nın Moskvadakı müxbirinə Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov məlumat verib. Baş konsul bildirib ki, yaralanan 1975-ci il təvəllüdlü Babayev Novruz Babakişi oğlu Rusiya vətəndaşıdır. Yaralanan soydaşımız hazırda Tver vilayəti, Boloqoye rayonu, Vıpolzovo qəsəbəsinin xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Qüdsi Osmanovun sözlərinə görə, ölən və yaralananlar arasında Azərbaycan vətəndaşları yoxdur. Baş konsul ümumiyyətlə qəza zərər çəkənlər arasında xarici vətəndaş olmadığını deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR