Bank Of Baku

Viktor Yuşşenko: “Ukrayna parlamentində pedofillər və qatillər var”

Viktor Yuşşenko: “Ukrayna parlamentində pedofillər və qatillər var”
# 28 noyabr 2009 10:54 (UTC +04:00)
Bakı – APA. “Yanvarın 17-si şəxslərin məsələsi, yolboyu gördüyünüz plakatlarda əks olunmuş siyasətçilərdən hansını seçmək məsələsi deyil. Dəyərlər sistemini seçmək lazımdır. Hər insan öz dəyərlər sisteminə, öz ideologiyasına qəti əminlik hasil etməli və bundan sonra həmin ideologiyanı dövlət səviyyəsində həyata keçirəcək insanı seçməlidir”. APA-nın “UNİAN”a istinadən verdiyi məlumata görə, bunu Ukrayna prezidenti Viktor Yuşşenko Ukrayna Ziyalıları Konqresinin Donetsk şəhərində keçirilən forumunda çıxışında deyib. O, mövcud seçki sistemini tənqid edərək bildirib ki, proporsional sistem sayəsində insanlar səs verdikləri partiyanın siyahısında 5-ci sıradan sonrakı namizədlərin kim olduğunu bilmirlər.

V. Yuşşenko bəzi siyasi qüvvələrin deputatları arasında vaxtilə məhkum olunmuş şəxslərin olduğunu söyləyib: “Ukrayna parlamentində, bağışlayın məni, pedofillər, adam öldürənlər var... Biz bu yolla formalaşan hakimiyyətin korrupsiya ilə mübarizə aparacağına, təhlükəsizlik siyasəti formalaşdıracağına, Avropaya inteqrasiya kursu yeridəcəyinə və Ukrayna dilinin qayğısına qalacağına şübhə edirik”.

V. Yuşşenko günahın şəxslərdə deyil, sistemdə olduğunu vurğulayıb. O, seçki sistemini dəyişmək üçün Konstitusiya islahatı həyata keçirilməsini zəruri sayıb.

Xatırladaq ki, 2010-cu il yanvarın 17-də Ukraynada prezident seçkiləri keçiriləcək. Rəy sorğularına əsasən yarışın favoritləri Regionlar Partiyasının lideri Viktor Yanukoviç və baş nazir Yuliya Timoşenkodur. İkinci tura məhz bu iki namizədin keçəcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR