Bank Of Baku

“Rosrezerv”in rəhbərindən xəbər yoxdur, köməkçisi isə tapılıb

“Rosrezerv”in rəhbərindən xəbər yoxdur, köməkçisi isə tapılıb
# 28 noyabr 2009 11:30 (UTC +04:00)
Bakı – APA. Moskva – Sankt-Peterburq qatarının sərnişinləri arasında olan Rusiya Federasiyasının Dövlət Ehtiyatları üzrə Federal Agentliyinin (“Rosrezerv”) rəhbəri Boris Yevstratikovdan hələ də xəbər yoxdur. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, B. Yevstratikovla eyni vaqonda səyahət edən onun köməkçisi Aleksandr Poşivay isə əlaqəyə çıxıb və sağ olduğunu bildirib. Dövlət məmurları qatarın 2-ci vaqonunda olublar.

Xatırladaq ki, noyabrın 27-də yerli vaxtla saat 21.30-da Moskvadan Sankt-Peterburqa gedən “Nevskiy ekspress” adlı sürət qatarının son 3 vaqonu Novqorod vilayətinin Boloqoye şəhəri yaxınlığında relsdən çıxıb. Buna partlayışın səbəb olduğu bildirilir. Maşinistlər və bələdçilərlə birlikdə qatarda 682 nəfər, relsdən çıxan vaqonlarda 204 nəfər olub. Rəsmi mənbələr 30, qeyri-rəsmi mənbələr isə 39 nəfərin öldüyünü xəbər verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR