Bank Of Baku

Kiyevdə PKK terrorçusu yaxalanıb

Kiyevdə PKK terrorçusu yaxalanıb
# 01 dekabr 2009 12:07 (UTC +04:00)
Bakı – APA. Ukrayna milisi və yerli İnterpol Kiyevdə terrorçuluq ittihamı ilə beynəlxalq axtarışda olan Türkiyə vətəndaşını həbs edib. APA-nın “Ukrainskiye novosti” agentliyinə istinadən verdiyi məlumata görə, adı açıqlanmayan 49 yaşlı şəxs PKK terror təşkilatının üzvüdür. O, jandarma zastavasına hücumda və 1 nəfərin mina partlayışı nəticəsində ölümündə günahlandırılır. Bundan başqa, PKK-çının 5 türk hərbçisinin pusquya salınaraq öldürülməsində iştirakına dair də şübhələr var. Hələlik onun Türkiyəyə ekstradisiyası məsələsi həll olunmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR