Bank Of Baku

Qazaxıstanda MDB ölkələri baş prokurorlarının Koordinasiya Şurasının iclası keçiriləcək

Qazaxıstanda MDB ölkələri baş prokurorlarının Koordinasiya Şurasının iclası keçiriləcək
# 01 dekabr 2009 16:40 (UTC +04:00)
Astana. Ləman Ağayeva - APA. Dekabrın 3-də Qazaxıstanın paytaxtı Astana şəhərində MDB ölkələri baş prokurorlarının Koordinasiya Şurasının iclası keçiriləcək. Qazaxıstan Baş Prokurorluğunun mətbuat xidmətindən APA-nın yerli müxbirinə verilən məlumata görə, iclasda Azərbaycan, Belarus, Qırğızıstan, Moldova, Tacikistan, Ukrayna və Ermənistanın baş prokurorlarının iştirakı gözlənilir.

Tədbirdə öz dövlətlərindən kənarda yaşayan vətəndaşların hüquqları, mütəşəkkil cinayətkarlıq, terrorçuluq, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə və qanunsuz miqrasiya məsələləri müzakirə olunacaq. Görüşün sonunda insan alveri ilə mübarizəyə dair Bəyannamənin imzalanacağı gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR