Bank Of Baku

Sabah Tiflisdə Jurnalist Etikası Xartiyası imzalanacaq

Sabah Tiflisdə Jurnalist Etikası Xartiyası imzalanacaq
# 03 dekabr 2009 13:12 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Sabah Tiflisin “Redisson” mehmanxanasında Jurnalist Etikası Xartiyasının imzalanması və Tənzimləyici Şuranın seçilməsinə həsr olunmuş tədbir keçiriləcək. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Xartiyanın əsas məqsədi jurnalist etikası və özünüidarəetmə mexanizmin yaradılması və həyata keçirilməsi, həm də professional standartların qurulması və cəmiyyətdə KİV nümayəndələrinə inamın yüksəldilməsidir. 11 maddədən ibarət Xartiyanın mətninin imzalanması və qəbul edilən prinsiplərə və nöqsanlara görə əsas məsuliyyət imzalayanların üzərinə düşəcək.

Xartiyanın materiallarının monitorinqini 9 nəfər jurnalistlərdən ibarət seçilmiş şura həyata keçirəcək. Şura üzvlərini jurnalistlər seçəcək. Monitorinq Şurası hər ay hesabat hazırlayacaq. Sabah media-ekspert İya Antadzenin təşəbbüsü ilə yaradılacaq Xartiyanın qəbul olunmasında Avropa Şurasının nümayəndələri və digər xarici qonaqlar iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR