Bank Of Baku

Kaxetiyada beşillik regional inkişaf strategiyası həyata keçiriləcək

Kaxetiyada beşillik regional inkişaf strategiyası həyata keçiriləcək
# 03 dekabr 2009 21:14 (UTC +04:00)
Laqodexi. Nizami Məmmədzadə - APA. Bu gün Kaxetiyada bölgənin inkişafı ilə əlaqədar beşillik regional strategiyasının təqdimat mərasimi keçiriləcək.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, regional inkişaf strategiyası proqramı BMT-nin Rumıniya hökuməti ilə əməkdaşlığı və bu ölkənin texniki-maliyyə yardımı sayəsində həyata keçiriləcək. Beşillik proqramın hazırlanmasında Kaxetiya bölgəsinin qubernatorluğu və Regional İnkişaf Agentliyi iştirak edib. Təqdimat mərasimində Gürcüstan hökumətinin rəsmi şəxsləri, yerli icra nümayəndələri, beynəlxalq təşkilatların və QHT-lərin təmsilçiləri iştirak edəcəklər. Tədbirə donor təşkilatları tərəfindən Rumıniyanın Gürcüstandakı səfiri Dan Mixay dəvət olunub.

Xatırladaq ki, uzun sürən leysan yağışları bu bölgəyə 1 milyon lari dəyərində ziyan vurub. Təbii fəlakətin baş verdiyi bölgələr sırasına Kaxetiyanın soydaşlarımız yaşayan 4 kəndi də daxildir. Leysan yağışlar soydaşlarımızın təsərrüfatına da ciddi ziyan vurub. Beşillik strategiya proqramında kənd təsərrüfatının dirçəldilməsi və inkişafı barədə perspektiv planlar da qeyd olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR