Bank Of Baku

Dərbənd Məhkəməsi mer seçkisinin nəticələrini ləğv edib

Dərbənd Məhkəməsi mer seçkisinin nəticələrini ləğv edib
# 04 dekabr 2009 09:14 (UTC +04:00)
Dərbənd. İ. Kərimov – APA. Rusiya Federasiyasının Dağıstan Respublikasının Dərbənd şəhər Məhkəməsi oktyabrın 11-də keçirilmiş mer seçkisinin nəticələrini ləğv edib. APA-nın Dağıstan bürosunun məlumatına görə, keçmiş namizədlər Saleh Ramazanov və Elxan Kazımovun iddiasını qəbul edən məhkəmə seçkilərin nəticələri ləğv edərək bütün seçki məntəqələrinin protokollarını qanunsuz sayıb. Qanunvericiliyə əsasən qarşı tərəf 10 gün ərzində apellyasiya şikayəti verməsə, üç ay ərzində təkrar seçkilər keçirilməlidir.

Qeyd edək ki, oktyabrın 11-də keçirilmiş seçkilərin nəticələrinə əsasən Dərbəndin fəaliyyətdə olan meri Feliks Qaziaxmedov 67 faiz səs toplayaraq vəzifəsində qalıb. Onun əsas rəqibi, Dağıstanın sabiq baş prokuroru İmam Yaraliyevin tərəfdarları seçkinin nəticələrinə etiraz edərək həm Dərbənddə, həm də Moskvada aksiyalar keçiriblər. Saleh Ramazanov və Elxan Kazımovla yanaşı, İmam Yaraliyev də seçkinin nəticələrinin ləğvi ilə bağlı yerli məhkəməyə müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR