Bank Of Baku

Ermənistan gələn il Türkiyəyə elektrik enerjisi ixrac edəcək

Ermənistan gələn il Türkiyəyə elektrik enerjisi ixrac edəcək
# 04 dekabr 2009 12:31 (UTC +04:00)
Bakı – APA. Ermənistan 2010-cu ildə Türkiyəyə elektrik enerjisi ixrac etməyə başlayacaq. APA-nın “Novosti-Armeniya” agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ermənistanın enerji və təbii ehtiyatlar naziri Armen Movsisyan deyib. O, enerji ixracının gələn ilin ilk kvartalından sonra başlaya biləcəyini söyləyib.

Qeyd edək ki, 2008-ci ilin sentyabrında Ermənistanın Energetika və Təbii Ehtiyatlar Nazirliyi, “Vısokovoltnıye elektroseti” şirkəti və Türkiyədə yüksək gərginlikli elektrik enerjisinin paylanması ilə məşğul olan Belçikanın UNİT şirkəti arasında müqavilə imzalanıb. İlkin razılaşmaya əsasən Ermənistan Türkiyəyə ildə 1,5 milyard kilovatt saat elektrik enerjisi göndərəcək. Sonrakı illərdə bu miqdar 3,5 milyarda çatacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR