Bank Of Baku

Rusiyanın Perm şəhərindəki gecə klubunda parlayış olub, 100 nəfər ölüb, 130 nəfər yaralanıb- FOTOSESSİYA

Rusiyanın Perm şəhərindəki gecə klubunda parlayış olub, 100 nəfər ölüb, 130 nəfər yaralanıb- <font color=red>FOTOSESSİYA</font>
# 05 dekabr 2009 07:31 (UTC +04:00)
APA-nın Rusiyanın xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 100-dən adam ölüb, 130 nəfər yaralanıb. Yaralıların əksəriyyəti yanıq xəsarətləri alıb, xeyli insan isə dəm qazından zəhərlənib. Bundan başqa, baş verən qarışıqlıqda da bir neçə nəfər əzilib. İlkin versiyaya görə, partlayışa pirotexnika ilə ehtiyatsız davranma səbəb olub. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin yanğın təhlükəsizliyi qaydalarının pozulması maddəsi üzrə cinayət işi başlanıb. Rusiyanın baş prokuroru Yuri Çayka istintaqı nəzarətinə götürüb.

İstintaq şahidləri araşdırmalara kömək etməyə çağırıb.

Hadisə yerinə fövqəladə hallar naziri Sergey Şouqu, daxili işlər naziri Rəşid Nurqaliyev və səhiyyə və sosial inkişaf naziri Tatyana Qolikova gəlib.

Nazirlər baş verən hadisə ilə əlaqədar yaradılmış dövlət komissiyasının tərkibinə daxildirlər. Rusiya prezidentinin yaratdığı komissiyaya S. Şoyqu rəhbərlik edir.

“İnterfaks” xəbər verir ki, baş vermiş hadisə ilə əlaqədar gecə klubunun sahibi barəsində axtarış elan olunub. Partlayış baş verərkən klubun sahibinin orada olub-olmadığı bəlli deyil. Bununla belə, Perm Diyarının təhlükəsizlik naziri İqor Orlov bildirib ki, hüquq-mühafizə orqanları klubun sahiblərindən biri – Anatoli Zakın izinə düşüblər. Lakin nazir A. Zakın saxlanıb-saxlanmaması barədə heç nə deməyib.

kapital59.ru biznes-portalının məlumatına görə, A. Zak şəhərin 100 varlı şəxsinin siyahısında daxildir. “Xromaya loşad” klubundan başqa, onun inşaat materialları mağazaları şəbəkəsi və bir neçə daşınmaz əmlak kommersiya obyekti var.

Qeyd edək ki, şəkillər www.vesti.ru saytından götürülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR