Bank Of Baku

Permdəki gecə klubunda baş vermiş partlayışla əlaqədar klubun sahibi saxlanıb

Permdəki gecə klubunda baş vermiş partlayışla əlaqədar klubun sahibi saxlanıb
# 05 dekabr 2009 08:31 (UTC +04:00)
Bakı – APA. “Xromaya loşad” (“Axsaq at”) gecə klubunda baş vermiş partlayışla əlaqədar klubun sahiblərindən biri saxlanıb. APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi məlumata görə, milis hadisədən dərhal sonra gizlənən Anatoli Zeki Permdən kənarda saxlayıb. Ona iki və daha artıq şəxsin ölümü ilə nəticələnən yanğın təhlükəsizliyi qaydalarının pozulması maddəsi ilə ittiham irəli sürüləcəyi gözlənilir.

Bundan başqa, milis hadisədə günahı olan digər şəxslərin də axtarışını həyata keçirir.

Qeyd edək ki, dekabrın 4-dən 5-nə keçən gecə Moskva vaxtı ilə saat 23.15-də (Bakı vaxtı ilə saat 00.15) Rusiyanın Perm şəhəri, Kuybışev keçəsi, ev 9 ünvanında yerləşən “Xromaya loşad” (“Axsaq at”) gecə klubunda yanğınla müşayiət olunan partlayış baş verib. Son məlumatlara görə, partlayış nəticəsində 102 nəfər ölüb, 130 nəfər yaralanıb. Yaralıların əksəriyyəti yanıq xəsarətləri alıb, xeyli insan isə dəm qazından zəhərlənib. Bundan başqa, baş verən qarışıqlıqda da bir neçə nəfər əzilib. İlkin versiyaya görə, partlayışa pirotexnika ilə ehtiyatsız davranma səbəb olub. Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin yanğın təhlükəsizliyi qaydalarının pozulması maddəsi üzrə cinayət işi başlanıb. Rusiyanın baş prokuroru Yuri Çayka istintaqı nəzarətinə götürüb.

İstintaq şahidləri araşdırmalara kömək etməyə çağırıb.

Hadisə yerinə fövqəladə hallar naziri Sergey Şouqu, daxili işlər naziri Rəşid Nurqaliyev və səhiyyə və sosial inkişaf naziri Tatyana Qolikova gəlib.

Nazirlər baş verən hadisə ilə əlaqədar yaradılmış dövlət komissiyasının tərkibinə daxildirlər. Rusiya prezidentinin yaratdığı komissiyaya S. Şoyqu rəhbərlik edir.

Onu da əlavə edək ki, saxlanılan A. Zak Permin 100 varlı şəxsinin siyahısında daxildir. “Xromaya loşad” klubundan başqa, onun inşaat materialları mağazaları şəbəkəsi və bir neçə daşınmaz əmlak kommersiya obyekti var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR