Bank Of Baku

Rusiya prezidenti Permdə baş vermiş yanğınla əlaqədar 7 dekabrı bütün ölkə ərazisində faciə günü elan edib

Rusiya prezidenti Permdə baş vermiş yanğınla əlaqədar 7 dekabrı bütün ölkə ərazisində faciə günü elan edib
# 05 dekabr 2009 11:30 (UTC +04:00)
Bakı – APA. Rusiya prezidenti Permdə çoxsaylı insan tələfatı ilə nəticələnmiş hadisə ilə əlaqədar 7 dekabrı faciə günü elan edib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.

Qeyd edək ki, dekabrın 4-dən 5-nə keçən gecə Moskva vaxtı ilə saat 23.15-də (Bakı vaxtı ilə saat 00.15) Rusiyanın Perm şəhəri, Kuybışev keçəsi, ev 9 ünvanında yerləşən “Xromaya loşad” (“Axsaq at”) gecə klubunda yanğınla müşayiət olunan partlayış baş verib. Yanğın nəticəsində 112 nəfər ölüb, 135 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. İlkin versiyaya görə, partlayışa pirotexnika ilə ehtiyatsız davranma səbəb olub. Lakin hadisənin baş vermə səbəbi ilə bağlı daha bir versiya irəli sürülüb. İkinci versiyaya görə, hadisəyə rəqs meydanının üzərində tavandan asılmış iri lampanın naqilinin qırılması səbəb olub.

Faktla bağlı Rusiya Cinayət Məcəlləsinin yanğın təhlükəsizliyi qaydalarının pozulması maddəsi üzrə cinayət işi başlanıb. Rusiyanın baş prokuroru Yuri Çayka istintaqı nəzarətinə götürüb.

Fövqəladə hallar naziri Sergey Şoyqu, daxili işlər naziri Rəşid Nurqaliyev və səhiyyə və sosial inkişaf naziri Tatyana Qolikov hadisə yerində olub.

Nazirlər baş verən hadisə ilə əlaqədar yaradılmış dövlət komissiyasının tərkibinə daxildirlər. Rusiya prezidentinin yaratdığı komissiyaya S. Şoyqu rəhbərlik edir.

Hadisəyə görə artıq iki nəfər saxlanıb. Bunlar klubun həmtəsisçisi Anatoli Zek və klubun icraçı direktoru Svetlana Yefremovadır. Lakin A. Zek dindirmədə bildirib ki, baş vermiş hadisəyə heç bir aidiyyəti yoxdur, çünki klubu icarəyə verib.

Onlar Rusiya Cinayət Məcəlləsinin 219.2 (iki və daha artıq şəxsin ölümü ilə nəticələnən yanğın təhlükəsizliyi qaydalarının pozulması) maddəsi təqsirli bilinirlər.

Hadisədə günahı olan digər şəxslərin saxlanması üçün lazımi tədbirlər görülür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR