Bank Of Baku

Moldova parlamenti növbəti dəfə prezident seçə bilməyib

Moldova parlamenti növbəti dəfə prezident seçə bilməyib
# 07 dekabr 2009 13:16 (UTC +04:00)
Bakı – APA. Moldova parlamentində yeni prezidenti seçmək üçün növbəti cəhd də iflasla nəticələnib. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, hakim koalisiyanın namizədi, Demokrat Partiyasının lideri Marian Lupu cəmi 53 səs toplayıb. Halbuki prezidenti seçmək üçün azı 61 səsə ehtiyac var. Yalnız koalisiya üzvlərinin səsini alan M. Lupu müxalifətdəki kommunistlərin dəstəyini qaza bilməyib. İyul ayında Kommunist Partiyasından çıxan M. Lupu keçmiş partiyadaşları tərəfindən satqın adlandırılır.

Konstitusiyaya əsasən iki dəfə ardıcıl prezident seçə bilməyən parlament buraxılmalıdır. Bu il artıq iki dəfə parlament seçkisi keçirildiyi üçün növbəti seçkinin 2010-cu ilin iyununda keçiriləcəyi gözlənilir. Lakin hökumət koalisiyası hadisələrin bu cür inkişafını əngəlləmək üçün ya prezidentin seçilməsi prosedurunu dəyişmək, ya da prezidentin xalq tərəfindən seçilməsi tələbini Konstitusiyaya daxil etməyi düşünür. Artıq parlamentin sədri Mixay Gimpunun təşəbbüsü ilə Konstitusiya dəyişikliyi üçün xüsusi komissiya yaradılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR