Bank Of Baku

Gürcüstan Rusiyaya nota verib

Gürcüstan Rusiyaya nota verib
# 07 dekabr 2009 16:50 (UTC +04:00)
Gürcüstan XİN-in yaydığı açıqlamaya görə, notada noyabrın 30-da Rusiya Federal Şurası təmsilçilərinin Gürcüstanın işğal olunmuş Sxinvali bölgəsinə səfər etməsinə rəsmi Tiflisin etirazı ifadə olunub.

Qeyd edək ki, bu, son bir ayda Gürcüstanın İsveçrə vasitəsilə Rusiyaya təqdim etdiyi ikinci notadır. Noyabrın 16-da Gürcüstan XİN Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Yuri Zubakovun və bir sıra nazirlik nümayəndələrinin Sxinvaliyə səfərinə etirazını bildirmişdi.

Onu da əlavə edək ki, 2008-ci ilin avqust hadisələrindən sonra Gürcüstanla Rusiya arasında diplomatik münasibətlər kəsilib. İki ölkə arasında diplomatik əlaqələr İsveçrənin Tiflisdəki səfirliyi vasitəsilə yerinə yetirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR