Bank Of Baku

Ermənistanda “donuz qripi” ilə bağlı orta məktəblər və uşaq bağçalarında tətil elan olunub

Ermənistanda “donuz qripi” ilə bağlı orta məktəblər və uşaq bağçalarında tətil elan olunub
# 08 dekabr 2009 07:00 (UTC +04:00)
Bakı – APA. Ermənistanda orta məktəblər və uşaq bağçaları qrip epidemiyası ilə əlaqədar dekabrın 19-na qədər bağlanıb. APA-nın “Armenia today” portalına istinadən verdiyi məlumata görə, elm və təhsil naziri Armen Aşotyan panika üçün əsas olmadığını, vəziyyətin nəzarətdə saxlanıldığını deyib. O bildirib ki, karantin ali təhsil müəssisələrinə aid deyil. Nazirin fikrincə, dekabrın 8-dən 19-na qədər olan müddət epidemioloji durumu aradan qaldırmaq və virusun yayılmasının qarşısını almaq üçün kifayətdir.

Qeyd edək ki, son məlumatlara əsasən Ermənistanda “donuz qripi”nə 35 yoluxma haqlı qeydə alınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR