Bank Of Baku

Dmitri Şaşkin Gürcüstanın elm və təhsil naziri təyin edilib

Dmitri Şaşkin Gürcüstanın elm və təhsil naziri təyin edilib
# 08 dekabr 2009 07:08 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanının cəzaların icrası və hüquqi yardım məsələləri üzrə naziri Dmitri Şaşkin elm və təhsil naziri təyin olunub. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə dekabrın 7-də axşam hökumət dəftərxanasında keçirilən mətbuat konfransında baş nazir Nika Gilauri açıqlama verib. O bildirib ki, keçmiş nazir Nika Qvaramiya hələ bir neçə ay əvvəl xaricdə təhsil almaq və bununla əlaqədar vəzifəsini tərk etmək arzusunu dilə gətirib. Mətbuat konfransında iştirak edən N. Gilauri D. Şaşkinə uğurlar arzulayıb. N. Gilauri maarif sahəsində böyük işlər görüldüyünü və bundan sonra da görüləcəyini söyləyib.

Yeni nazir isə maarif sahəsinin strateji istiqamətlərdən biri olduğuna diqqət çəkərək bu vəzifəyə təyin edilməsinin onun üçün şərəf olduğunu vurğulayıb. D. Şaşkin təhsil sahəsində aparılan islahatların davam etdiriləcəyini və tezləşdiriləcəyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR