Bank Of Baku

Ermənistan və Türkiyənin sərgi şirkətləri arasında müqavilə imzalanıb

Ermənistan və Türkiyənin sərgi şirkətləri arasında müqavilə imzalanıb
# 08 dekabr 2009 09:36 (UTC +04:00)
Bakı – APA. Ermənistanın “Loqos ekspo sentr” şirkəti Türkiyənin iri sərgi şirkətlərindən biri olan “Türkel Fuarcılık”la əməkdaşlıq müqaviləsi imzalayıb. APA-nın Ermənistan saytlarına istinadən verdiyi xəbərə görə, bunu “Loqos ekspo sentr”in direktoru Suren Nazinyan deyib. O, noyabrın əvvəllərində “Türkel”in nümayəndələrinin danışıqlar aparmaq üçün İrəvana gəldiyini və 1 illik müqavilə imzaladıqlarını söyləyib. Sənədə əsasən “Türkel” Türkiyədə “Loqos”u təmsil edəcək və bu şirkətin Ermənistanda keçirəcəyi sərgilərə türk şirkətlərini cəlb etmək hüququna malik olacaq. Artıq “Türkel” gələn il martın 5-7-də Ermənistanda keçiriləcək “EXPO BEAUTY-2010” sərgisində 15-ə qədər türk şirkətinin iştirakı üçün tələb olunan məbləği qismən ödəyib, həmçinin apreldə keçiriləcək sərgi üçün 300 kvadrat metr sahə icarəyə götürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR