Bank Of Baku

Latviya prezidenti Gürcüstana rəsmi səfərə gəlib

Latviya prezidenti Gürcüstana rəsmi səfərə gəlib
# 08 dekabr 2009 12:10 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə-APA. Bu gün Latviya prezidenti Valdis Zatlers öz xanımı ilə Gürcüstana ikigünlük rəsmi səfərə gəlib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, Latviya prezidentinin rəsmi səfərinin ilk günü Acarıstan hökumətinin başçısı Levan Varşalomidze ilə görüşlə başlayıb. Görüşdə Latviyanın Acarıstan iqtisadiyyatına sərmayə yatırması məsələsi müzakirə olunub. Bu gün həmçinin Batumidə biznes-forum da keçirilib. Forumda Latviya prezidenti ilə bərabər Gürcüstana gəlmiş 65 latviyalı biznesmen də iştirak edib. Onlar Acarıstanın investisiya potensiyalı ilə tanış olublar. İki günlük səfər çərçivəsində Latviya prezidentinin Gürcüstan prezidenti Mixail Saakaşvili ilə görüşü gözlənilir. Qonaq Tiflisdə keçiriləcək Gürcüstan-Latviya biznes-forumunda iştirak edəcək. Latviya prezidenti Valdis Zatlers Gürcüstandan sonra Ermənistana səfərə yollanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR