Bank Of Baku

Vyaçeslav Tixonov dəfn olunub - FOTO

Vyaçeslav Tixonov dəfn olunub - <font color=red>FOTO</font>
# 08 dekabr 2009 15:11 (UTC +04:00)
Bakı – APA. Dekabrın 4-də vəfat etmiş məşhur rusiyalı aktyor Vyaçeslav Tixonov bu gün Moskvadakı Novodeviçye məzarlığında dəfn olunub. APA-nın “İnterfaks”a istinadən verdiyi məlumata görə, kilsədə keçirilən, aktyorun yalnız ailə üzvləri və dostlarının qatıldığı mərasimdən sonra Mərkəzi Kino Evində vida mərasimi təşkil olunub. Vida mərasimində V. Tixonovun yüzlərlə pərəstişkarı iştirak edib. Mərhum hərbi orkestrin ifası və artilleriya atəşləri ilə torpağa tapşırılıb.

Xatırladaq ki, V. Tixonov dekabrın 4-də müalicə olunduğu Mərkəzi Klinik Xəstəxanada 81 yaşında dünyasını dəyişib. O, karyerası boyunca 60-dan çox filmə çəkilib. Bu ekran əsərlərindən ən məşhurları “Baharın on yeddi anı”, “Müharibə və sülh”, “Bazar ertəsinə qədər yaşayaq” filmləridir. Aktyor son olaraq 2006-cı ildə Eldar Ryazanovun “Andersen. Sevgisiz həyat” adlı filmində Tanrı roluna çəkilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR